Welcome Guest: S’enregistrer | Connexion
 
FAQ| Rechercher| Membres| Groupes
 
Kafkasyadaki Yapay Terör Devletinden İsraelli Eski Başbakana RÜŞVET
 
Poster un nouveau sujet   Répondre au sujet
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> News en bref ... Օրուան կարճ լուրեր ... Güncel kısa haberler
Sujet précédent :: Sujet suivant  
Auteur Message
vahe2009
Modérateur Général
Modérateur Général

Hors ligne

Inscrit le: 07 Nov 2009
Messages: 23 500
Point(s): 67 042
Moyenne de points: 2,85

MessagePosté le: Mer 30 Déc 2015 - 21:55
MessageSujet du message: Kafkasyadaki Yapay Terör Devletinden İsraelli Eski Başbakana RÜŞVET
Répondre en citant

Kafkasyadaki Yapay Terör Devletinden İsraelli Eski Başbakana RÜŞVET







Ehud Barakın Bakıdan bir neçə yüz min dollar alması mümkündür.

ANS PRESS-ə bu barədə Ehud Barakın yaxın adamı, onun seçki kampaniyasının iştrakçısı, onun barədə kitab yazmış keçmiş səfir Yosef Şaqal İsrailin “Haaretz” qəzetinin məqaləsini şərh edərkən bildirib.

“Haaretz” qəzetinin yazdığına görə, İsrailin istintaq orqanları Ehud Barakın Azərbaycanla “şübhəli pul sövdələşməsini” araşdırır. Qəzet bildirib ki, iki həftə əvvəl İsrailin baş prokuroru İequda Vaynşteyn keçmiş baş nazirdən Azərbaycanın “iri dövlət şirkətlərindən biri ilə” bütün elektron yazışmalarını istintaqa verməyi tələb edib. Polis Ehud Baraka qarşı təhqiqatı Bakının ona bir neçə yüz min dollar ödədiyi məlum olandan sonra başladıb və bunun rüşvət ola biləcəyini düşünür.


Yosef Şaqal - İsrail diplomatı, keçmiş səfir

Məsələni ANS PRESS-ə şərh edən Yosef Şaqal vurğulayıb: “Ehud Barak siyasi məsləhətlərlə məşğuldur. Onun Bakıdan pul alması mümkündür və burada qorxulu bir şey yoxdur”.

Yosef Şaqal Ehud Barakın bu cür məsləhətlərə görə bir neçə yüz min dollara çatan qanorar almasını mümkün sayır: “O, baş nazir, müdafiə naziri olub. Belə səviyyədə siyasətçilər istefaya çıxdıqdan sonra onların məruzələrinin saatının qiyməti bir neçə yüz min dollara qədər qalxa bilər. Bu, siyasətçinin səviyyəsindən, siyasi nailiyyətlərindən və s.-dən asılıdır. Siyasi konsultasiyalara görə Ehud Baraka bir neçə milyon dollar verilməsi tamamilə real qiymətdir. Burada qorxulu bir şey yoxdur, qanunla əldə edilmiş qazancdır”.

Keçmiş səfir Ehud Barakın korrupsiyaya bulaşdığına inanmadığını deyir: “Məndən ötrü bu insan yüksək siyasi mədəniyyət təmsilçisidir və inanmıram ki, Ehud Barak özünü koorupsiya faktı ilə ləkələsin. Bu, mümkün deyil. Ehud Barak çox varlı adamdır. Siyasətə gəlməzdən öncə uzun illər bizneslə məşğul olub, varlanıb. Təl-Əvivdə bir neçə evi var. İmkanlıdır”.


Ehud Barak müdafiə naziri olan zaman

Lakin bununla belə, Yosef Şaqal Ehud Barakın Azərbaycanla şübhəli pul sövdələşməsindən məqalə yazmış “Haaretz” qəzetini ciddi media orqanı sayır: "Bu qəzet yetərincə ciddi orqandır, ənənəvi olaraq sol yönümlüdür. Yetərincə məşhur qəzetdir. Amma onun hansı faktlara əsaslandığı hələ ki, məlum deyil. Böyük ehtimalla bu siyasi məsləhətlərə görə qanorardır. İstənilən halda, məsələdə korrupsiya faktının olmasını yalnız məhkəmə sübut edə bilər".

Ehud Barak Azərbaycanla korrupsiya əlaqələrində şübhəli hesab edilən ilk İsrail xadimi deyil. Bundan əvvəl İsrailin sabiq müdafiə naziri və “Avoda” partiyasının keçmiş lideri Binyamin (Fuad) Ben-Eliezer də Azərbaycandan silah satışına görə rüşvət almaqda şübhəli bilinmişdi.


Binyamin (Fuad) Ben-Eliezer - İsrailin sabiq müdafiə naziri


İstintaqın nəticələrinə görə, Ben-Eliezerə qarşı ittiham aktı elan olunub. İsrail prezidentliyinə keçmiş namizəd də olan sabiq müdafiə naziri çoxsaylı cinayətlər törətməkdə və korrupsiyada ittiham olunur. Məsələn, Ben-Eliezer biznesmenlərlə, o cümlədən israilli milyarder Avraam Nanikaşvili ilə korrupsiya əlaqəsinə girməkdə, “Şemen” neft şirkətinin maraqları üçün lobbiçilik etməkdə, “çirkli pul” yuyulmasında, vergidən yayınmaqda və s. günahlandırılır.

İstintaq İsrail siyasətinin 79 yaşlı veteranına qarşı müdafiə naziri olarkən rüşvət almaq, pul yumaq, habelə Azərbaycan, Gürcüstan və digər ölkələrə silah satışına icazə vermək kimi ittihamlar da irəli sürüb.

Çingiz Rüstəmov

http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368284


Revenir en haut
Publicité






MessagePosté le: Mer 30 Déc 2015 - 21:55
MessageSujet du message: Publicité

PublicitéSupprimer les publicités ?
Revenir en haut
Montrer les messages depuis:   
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> News en bref ... Օրուան կարճ լուրեր ... Güncel kısa haberler Toutes les heures sont au format GMT + 1 Heure
Poster un nouveau sujet   Répondre au sujet
Page 1 sur 1
Sauter vers:  

 



Portail | Index | Créer un forum | Forum gratuit d’entraide | Annuaire des forums gratuits | Signaler une violation | Conditions générales d'utilisation
phpBB
Template by BMan1
Traduction par : phpBB-fr.com