Welcome Guest: S’enregistrer | Connexion
 
FAQ| Rechercher| Membres| Groupes
 
Diktator Aliyev Bu İşe El Koyacak MI :Bakının qumarxana kralları
 
Poster un nouveau sujet   Répondre au sujet
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> News en bref ... Օրուան կարճ լուրեր ... Güncel kısa haberler
Sujet précédent :: Sujet suivant  
Auteur Message
vahe2009
Modérateur Général
Modérateur Général

Hors ligne

Inscrit le: 07 Nov 2009
Messages: 23 461
Point(s): 66 930
Moyenne de points: 2,85

MessagePosté le: Dim 31 Jan 2016 - 12:30
MessageSujet du message: Diktator Aliyev Bu İşe El Koyacak MI :Bakının qumarxana kralları
Répondre en citant

Diktator Aliyev Bu İşe El Koyacak MI :

Bakının qumarxana kralları Bakının qumarxana kralları arasında amansız mübarizə







Ölkənin qumarxanalarına nəzarət uğrunda adları çəkilən şəxslər arasında amansız mübarizə gedir


«Qara Vəzir», «Qobulu Naib» və «Yeraz Mehman» milyonlara nəzarət uğrunda açıq savaş aparırlar Bakıda qeyri-qanuni fəaliyyət göstərən kazino və qumarxanalar haqqında çox danışılıb. Amma bu sahədə vəziyyət hələ də ağır olaraq qalır. Yəni bəzi kazino və qumarxanalar fəaliyyətlərini rahat şəkildə davam etdirirlər.

Bu kazino və qumarxanaların əksəriyyətinə «Qara Vəzir» kimi tanınan Vəzir Qaranizadə və onun ətrafındakı, əslən Gürcüstandan olan azərbaycanlılar nəzarət edirlər.



Digər qruplaşmaya isə «Qobulu Naib» başçılıq edir. Bu iki rəqib qruplaşma ilk vaxtlar bir-birlərinə maneçilik törətməyəcəkləri ilə bağlı razılığa gəliblər. Naibin qruplaşması kazinoları əsasən mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbəsində açırdı.

“Kazinolar kralı” kimi tanınan Vəzir isə qorxu-hürkü bilmədən əhalinin gur olduğu yerlərdə, metrostansiyaların çıxışına yaxın binaların zirzəmilərində icarəyə yer götürüb, orada online qumarxana təşkil edirdi. Obyektlərin hamısına Vəzirin oğlu Tofiq Qaranizadə nəzarət edir. Tofiq sabiq polis işçisi olduğundan hüquq-mühafizə orqanlarından “qorunmağın” da yollarını bilir.



Məlumata görə, “Qara Vəzir”in təkcə Əhmədlidə, ”Bakı” kinoteatrının yaxınlığındakı kazinosu 6 aya 1 milyon 340 min manat qazanc gətirir. Nəzərə alsaq ki, onun işlətdiyi belə kazinoların sayı 20-dən çox idi, o zaman bu kazino mafiyasının nə qədər qazanc əldə etdiyini təxmin etmək olar.

Məlumata görə, bir qədər müddət keçəndən sonra, hər şey dəyişdi. Rəqib qruplaşmalar arasında nifaq düşəndə onlar özləri bir-birindən polis orqanlarına gizli məlumat ötürməyə başladılar. Ümid etdilər ki, rəqib qruplaşma tutulacaq, “qiymətli məlumat”a görə isə polis onlara dəyməyəcək. Rəqabət olmayanda daha böyük qazanc olacaqdı. Ancaq polis orqanları, sadəcə, vaxt udurdular. Kifayət qədər dəlil və sübutlar yığıldıqdan sonra həm Vəzir Qaranizadə, həm də Naib həbs olundu. Onların qruplaşmasının bir çox üzvləri də zərərsizləşdirildi. “Avroviziya” mahnı müsabiqəsinə az qalmış Bakıdakı bütün kazinolar polis tərəfindən tam ləğv edildi.

Mərhum prezident Heydər Əliyev vaxtilə Azərbaycanda bütün kazinoların bağlanması barədə qərar vermişdi. Ancaq buna baxmayaraq bəzi qüvvələr qumardan gələn böyük gəlirə şirnikləşərək öz əməllərini hələ də davam etdirirlər. Düzdür, hərdən eşidirik ki, Daxili İşlər Nazirliyinin əməkdaşları kazino-qumarxana təşkil etməkdə təqsirləndirilən bəzi şəxsləri saxlayaraq məsuliyyətə cəlb ediblər. Amma buna baxmayaraq, işbazlar öz qanunsuz fəaliyyətlərinə ara vermirlər. Nəticədə, cəmiyyəti bürüyən bu problem isə getdikcə şişir.

Ümumiyyətlə, son illər futbol-mərc oyunlarına görə evini satanlar, ailəsi dağılanlar, hətta intihar edənlər də kifayər qədərdir. Bu tipli oyunların müəyyən mənada leqallaşması üçün bukmeyker kantoru olan “TOPAZ” yaradılsa da, bəzi kazino-qumar həvəskarları bu kantorun adı altında köhnə əməllərini yenə davam etdirməkdədirlər. Yəni pis-yaxşı leqal fəaliyyət göstərən, dövlət büdcəsinə vergi ödəyən “TOPAZ”-dan başqa gizli fəaliyyət göstərən futbol-mərc oyunlarının qara bazarı da var. Və qara bazarın dövriyyəsi “TOPAZ”-ınkını dəfələrlə üstələyir. Ancaq onlar dövlətin büdcəsinə bir manat da ödəmirlər.

Öz fəaliyyətlərini pərdələmək üçün qara bazarın nümayəndələri “TOPAZ”-ın məntəqələri kimi qeyd olunsalar da əslində onların fəaliyyəti qeyri-leqaldır. Digər tərəfdən bu məntəqələrdə təkcə futbol-mərc oyunları deyil, kazino-qumar oyunları da geniş yayılıb. Hansı ki, bu fəaliyyət qanunla qadağan olunub. Deməli, bu qeyri-leqal məntəqələrin sahibləri kazino oyunları ilə yanaşı futbolun qara bazarını da idarə edirlər.

Belə gizli məntəqə sahiblərindən biri də Mehman adlı ( “Yeraz” ləqəbli ) şəxsdir. Onun şəriki isə Rüfətdir. Məlumatlı mənbə bildirir ki, futbolun qara bazarının gündəlik dövriyyəsi 200 min manatdan çoxdur. “Əcəmi” metrostansiyasının yaxınlığında olan məntəqələrində arxa kabinetlərdə qara bazarın gündəlik “hesabat”ları aparılır. Bu şəbəkəni idarə edən “Yeraz Mehman” özünü hüquq-mühafizə orqanlarına yaxın şəxs kimi qələmə verir və qumar dünyasına göstərə bildiyi “krışalıq” fəaliyyətinə görə, “DAYI” ləqəbi ilə tanınır.

Mənbə onu da bildirir ki, bu gizli şəbəkə RUB90.RU saytı vastəsilə Azərbaycanın bütün rayonlarında canlı futbola “stavka” ( pul mərci ) qoyanların cibinə girməklə də məşğuldur. Mərkəzi server Rusiyada olan həmin saytı idarə edənlərin içərisində erməni millətinə mənsub olan şəxslərin olmasına dair də fikirlər səslənir. Mənbə onu da bildirir ki, Mehmanın gizli kazino ( ruletka, poker, oyun avtomatları və s) obyektləri də olub. Bu qara bazarı idarə edənlər tez-tez müştəriləri aldadırlar, “razborka”lar olur. Ancaq bu məntəqələr qeyri-qanuni işlədiyi üçün müştərilər heç yerə şikayət edə bilmirlər.

“TOPAZ”-ın gəlirlərinin bir hissəsi idmanın inkişafına yönəldiyi halda, qara bazarda yığılan milyonların hara getdiyi məlum deyil. Bu pulların kriminal dünyanın “obşakına” da köçürüldüyü istisna edilmir. Artıq “Yeraz Mehman” daha gəlirli qumar növü olan lotonu “xoda” salıb. Hazırda onun Bakıxanov qəsəbəsində olan lotoxanalarından birində açıq qumar oyununun təşkil edildiyi bildirilir.

Qeyd edək ki, hazırda “Yeraz Mehman” qumar aləminin kralı hesab olunur. Xüsusilə də ötən il onun “Zenit-Bet” qumar şəbəkəsi üzərində qazandığı parlaq qələbə bu şəxsi Bakının qumar kralına çevirmiş oldu. Hazırda yenicə həbsdən çıxan “Qara Vəzir” barəsində mətbuatda bəzi məlumatlar getsə də, bu yayındırıcı xarakter daşıyır. Çünki bütün sahələrə nüfuz etməyi bacaran “Yeraz Mehman”ın caynaqları mətbuata qədər də uzana bilib. Bir sözlə, “DAYI” öz işindədi.

Saytımıza daxil olan məlumatda bildirilir ki, ölkənin qumarxanalarına nəzarət uğrunda adları çəkilən şəxslər arasında amansız mübarizə gedir. İddialara əsasən, bu mübarizədə hər üç şəxsə yaxından köməklik göstərən bir neçə məmur var. Biz bu məsələnin izindəyik. Növbəti saylarımızda daha ətraflı məlumat verməyə çalışacağıq. Yazıda adı qeyd olunan bütün tərəflərin cavab haqqını tanıyırıq.

http://gundelik-baku.com/index.php?newsid=30626]http://gundelik-baku.com/index.php?newsid=30626

http://pia.az


Revenir en haut
Publicité






MessagePosté le: Dim 31 Jan 2016 - 12:30
MessageSujet du message: Publicité

PublicitéSupprimer les publicités ?
Revenir en haut
Montrer les messages depuis:   
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> News en bref ... Օրուան կարճ լուրեր ... Güncel kısa haberler Toutes les heures sont au format GMT + 1 Heure
Poster un nouveau sujet   Répondre au sujet
Page 1 sur 1
Sauter vers:  

 



Portail | Index | Créer un forum | Forum gratuit d’entraide | Annuaire des forums gratuits | Signaler une violation | Conditions générales d'utilisation
phpBB
Template by BMan1
Traduction par : phpBB-fr.com