Welcome Guest: S’enregistrer | Connexion
 
FAQ| Rechercher| Membres| Groupes
 
Siyasi Tarih Uzmanının İddası Bu Sene İçerisinde Azari Neftinin Varili
 
Poster un nouveau sujet   Répondre au sujet
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> Discussions / Débats - Քննարկում - Tartışma/Düşünceler
Sujet précédent :: Sujet suivant  
Auteur Message
vahe2009
Modérateur Général
Modérateur Général

Hors ligne

Inscrit le: 07 Nov 2009
Messages: 23 500
Point(s): 67 042
Moyenne de points: 2,85

MessagePosté le: Jeu 4 Fév 2016 - 11:16
MessageSujet du message: Siyasi Tarih Uzmanının İddası Bu Sene İçerisinde Azari Neftinin Varili
Répondre en citant

Siyasi Tarih Uzmanının İddası Bu Sene İçerisinde Azari Neftinin Varili 55 Usd'nin Üzerine Çıkamaz İse Aliyev Süreci Yönetemeyecek Ve Yürüyen Türkiye Kumapası İle Darbe Sonucu Devrilecektir






Azərbaycanda neft sənayesi

Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.

Ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.

Erkən tarixi

Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir.[1] Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.

XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır.[1] 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.

XVI əsrin əvvələrində tarixçi Əmin Əhməd ər-Razinin məlumatına görə, Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir.[2] 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir.

1729-cu ildə Rusiyanın İrandakı səfirliyinin əməkdaşı və həkimi İoann Lerkx Bakıya gəlmiş və Abşerondakı neft yataqları haqqında ətraflı məlumat verərək burada əsrlər boyu neftin hasil edildiyini, məişətdə və sənayedə yanacaq kimi geniş istifadə olunduğunu təsdiqləmişdir.

XIX əsr
"Balaxanıda neft fontanı" filmindən kadr.

1803-ci ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda ikiquyudan neft çıxarmağa başlamışdır.[2] Lakin birinci dəniz mədəninin ömrü çox qısa olmuşdur – 1825-ci ilin güclü dəniz fırtınası quyuları məhv etmişdir.[2]

1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin üzvü olan Vasili Semyonovun təklifi ilə Bakı neft mədənlərinin direktoru mayor Alekseyevin rəhbərliyi altında sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir.[2]

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmışdır.[3] Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır.[3] 1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdir.[2] Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir.[2]

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır.[3] Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Mirzə Əsədullayev, Ağabala Quliyev və başqaları öz bacarığı, istedadı və əməksevərliyi sayəsində iri neft sənayeçilərinə çevrilmiş, xalqın, millətin rifahı üçün böyük işlər görmüşlər.[3]

Şəhərin neft baronları kimyaçı Dmitri Mendeleyev kimi tanınmış şəxslərdən məsləhətlər almağa can atırdılar və burma qazma və qazlift kimi yeni innovasiya texnologiyaları ilk dəfə olaraq Azərbaycanda sınaqdan keçirildi.[4] Lakin ilkin olaraq “aut zərbələr” Azərbaycanda ən çox neft hasilatının payına düşürdü, bu pay 1887-ci ildəki 42%-dən 1890-cu ildə 10,5%-dək azaldı. 1872-ci ildə Nobel qardaşları Bakıda “Branobel” adlı ilk neft şirkətini təsis etdilər.[5] 1887-ci ildə Nobel qardaşları Xəzər dənizində ilk neft tankeri aldılar və bu da sonda bütöv bir donanmaya qədər genişləndi.[6]

1877-ci ildə Qızdırma məqsədi ilə işlənən ağ neftin nəql edilməsi üçün ilk metal gövdəli “Zərdüşt” paroxodu tikilib istifadəyə verilmişdir.[2] 1878-ci Nobel qardaşları şirkətinin maliyyə vəsaiti hesabına mədənlərlə neftayırma zavodlarını birləşdirən dəmir yolunun tikintisinə başlanılmış və inşaat işləri 1879-cu ilin aprelində başa çatmışdır.[2] 1885-ci ildə Neft sənayesi tarixində ilk dəfə olaraq mühəndis Q.V. Alekseyev, Bakıda (S.M. Şibayevin zavodunda) yağlı qudronun krekinqi vasitəsilə benzin və ağ neft istehsal edən sənaye miqyaslı kub qurğusunu işləmiş və quraşdırmışdır.[2]

1892-ci ildə alman mühəndis-konssioneri Y.İ.Eger ilk dəfə naftalan çıxarmaq üçün buruq quyuları qazdırmışdır.[7] Hətta o, Naftalan neftindən Naftalan mazı almaq üçün şəhərdə kiçik zavod tikdirmişdir.[7] Həmin zavodda "Naftalan" və "Kojelon" adlı preparatlar hazırlanırdı.[7] Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, ABŞ-a, İngiltərəyə, Hollandiyaya və başqa kapitalist ölkələrinə satılırdı.[7] Eyni zamanda o illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar cəmiyyət — "Maqdenbuq — Naftalan", "Drezden — Naftalan" cəmiyyətləri fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdı.[7] Naftalan neftinin reklamı ilə əlaqədar Alman dermotoloqu Pol Gerson Unna 1903-cü ildə demişdir:
" Kimin Naftalanı varsa, onun hər şeyi var.[7] "

Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.[3] Neft atılmaları çox qeyri-qənaətli və ekoloji baxımdan zərərli proseslər kimi qəbul edildi.[4] O vaxtlar neft hasil edən regionlar Bakı ətrafında Sabunçu, Suraxanı və Bibiheybətdə cəmləşmişdi.[4] 1990-cı ilin əvvəllərinə qədər Sabunçuda Bakı neftinin 35%-i, Bibiheybətdə isə 28%-i istehsal edilirdi.[4]
XX əsr
Balaxanıda Nobel qardaşlarının neft quyuları

Rotşildlər və Nobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu.[4] Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.[4]

1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə sahib olmuşdu.[1] 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi.[8] Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi.[8] Azərbaycan neftçiləri əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR-inə göndərmiş, beləliklə, onun iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır.[8] VIII Ümumrusiya Sovetlər qurultayı əmək hünərinə görə Azərbaycan neftçilərini ilk "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif etməyi qərara aldı.[8]

1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi.[8] 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmişdi.[8] Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təşkil edirdi.[8] Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı.[8] 40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə iləyirdi.[8] Neft emalı 3,5 dəfəyə qədər azalmışdı.[8]

Həmin ildə, Türkiyənin Bakıdakı səfiri Mahmud Şövkət bəy 1921-ci ilin aprelində Azərbaycan XİK-dən inqilabi Türkiyəyə iqtisadiyyat, neft sahəsində yardım göstərilməsini xahiş etdi.[8] Tezliklə Azərbaycandan Türkiyəyə neft məhsulları göndərildi.[8]
Bibiheybətdə ilk neft yatağları

1921-ci ilin əvvəllərində neft sənayesi ağır vəziyyətdə idi, vəsait çatışmazlığı üzündən, hətta Mərkəzi Sovet dövlətinin gücü ilə də onun yaxın zamanda bərpası mümkün olmadığından neft mədənlərini xarici kapitalistlərə konsessiyaya vermək məsələsi ortaya çıxdı.[8] Azərbaycan neftinin taleyi əsasən "Mərkəzi hakimiyyətin" əlində idi.[8] 1921-ci il fevralın 1-də RSFSR Xalq Komissarları Soveti qərar çıxardı: Bakının və Qroznının ayrı-ayrı neft rayonlarının, həmçinin başqa mədənlərin konsessiyaya verilməsi əsas etibarilə bəyənilsin.[8] Rusiya XKS-i Ümumrusiya Xalq Təsərrüfatı Şurasına tapşırdı ki, neft çıxarmağı təmin etmək və mədənlərin indiki istismarı zamanı yarana biləcək fəlakətlərin səbəblərini öyrənmək üçün Bakıya və Qroznıya komissiyalar göndərsin.[8]

Lakin Bakı fəhlələri arasında belə bir inam var idi ki, onlar öz mədənlərini konsessiyaya vermədən özləri bərpa edə bilərlər.[8] Bu məsələ 1921-ci ilin ortalarında Moskvada keçirilmiş müşavirədə Bakı neftçilərinin nümayəndəsi – Mədən Fəhlələri Hərnkarlar İttifaqı MK-nın sədr müavini M.E.Sapunovun məruzəsində qaldırılmışdı.[8] Bu fikirlə tanış olan Vladimir Lenin onu kifayət qədər inandırıcı hesab etməmişdi.[8] Buna görə Bakı neftçiləri öz nümayəndəsini — AHİŞ Rəyasət Heyətinin üzvü A.Nikişini Leninin görüşünə göndərərək, konsessiyalar haqqında müqavilənin bağlanmasını ləngitməyi xahiş etmiş və mədənləri öz qüvvələri ilə bərpa etməyə söz vermişdilər.[8] Onlar verdikləri sözə əməl etdilər. 1921-1922-ci illərdə Bakı fəhlələrinin istehsalat uğurları göstərdi ki, o zaman xarici kapitalın iştirakı olmadan da neft sənayesini dirçəltmək mümkündür. Bakı fəhlələrinin qəhrəmancasına əməyi nəticəsində 1922-ci ildə neft hasilatı artmağa başladı.[8]

1924-cü ildə Bakı mühəndisi Matvey Kapelyuşnikovun icad etdiyi turbobalta ilə Suraxanıda dünyada dərinliyi 600 metrə yaxın olan ilk neft quyusu qazılmışdır.[2] 1924-cü ildə dünyada ilk dəfə Bibiheybət körfəzində ada tipli və svaylar üzərində qurulmuş dəniz quyusundan (№71) sənaye üsulu ilə neft alınmışdır.[2]

Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla çıxarılmasına başlanmışdır.[7] Eyni zamanda 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır.[7]

1929–1934-cu illərdə Bakıda Vladimir Şuxov, Matvey Kapelyuşnikov və Fətulla bəy Rüstəmbəyov tərəfindən boruşəkilli krekinq qurğusu ixtira edilmişdir.[2] Həmin qurğuda həyata keçirilən proses dünya neft tarixinə "sovet krekinqi" adı ilə düşmüşdür.[2] 1930-cu ildə Bakıda ilk dəfə olaraq elektrik karotaj və qazmada əyriliyin ölçülməsi tətbiq edilmiş, həmçinin qazmanın əyriliyini ölçmək üçün cihazların istifadəsinə başlanılmışdır.[2]

1934-cü ildə Pirallahı adasında ilk dəfə olaraq maili istiqamətli quyu qazılmışdır.[2] Bayılda Ağa Nemətulla tərəfindən icad edilmiş turbin üsulu ilə 2000 metr dərinlikdə maili quyu qazılıb istifadəyə verilmişdir.[2] 1940-cı ildə Qala və Suraxanı sahələrində SSRİ-də ilk dəfə olaraq elektrik mühərriki ilə dərinliyi 2500 metr olan neft quyusu qazılmışdır.[2]

1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır.[7]
İkinci dünya müharibəsi
Üstündə Bakı şəhəri təsvir edilmiş Hitlerin yeməsi üçün kəsilən tort dilimi

İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Hitler neftlə zənging olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi.[9][10]

1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir.[3][1] Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.[1]

Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.[11] Abşeron yarımadasında yeni yataqlar işə salınmadı.[11] Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi.[11] Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi.[11] Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını “yer anbarları”na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar.[11] Sonra onları Xəzər dənizi ilə nəql edirdilər.[11] Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.[11]

Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi.[9] İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.[9]

1943-cü ildə dəniz seysmik kəşfiyyat üsulu hazırlanmış, seysmik məlumatdan və tətbiqi tədqiqatların nəticələrindən istifadə olunmuşdur.[2]

İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir:
" Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü.[11] "

O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı.[11] Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı.[11]

Marşal Konstantin Rokossovski demişdi:
" Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır.[11] "

Müharibə illəri Bakının neft mədənləri əsl cəbhəyə çevrilmişdi.[11] Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər.[11] “Pravda” qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki “Azərbaycan bu gün” adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.[11]
Dəniz kəşfiyyatının başlanması

1946-cı ildə “Gürgan” yatağında açıq dənizdə qazma işləri aparılması üçün ilk iribloklu özül qurulmuşdur.[2] 1947-ci ildə metal estakadaların tikintisinə başlanılmışdır. 1949-cu ildə Bakıda “Dənizneftqazlayihə” Elmi-Tədqiqat və Layihə İnstitutu açılmış, burada açıq dəniz şəraitində hidrotexniki qurğuların layihələndirilməsinə başlanılmışdır.[2]

1951-ci ildə ilk dəfə olaraq açıq dənizdə hidrotexniki qurğular kompleksi tikilmişdir.[2] 1955-ci ildə «Qum-dəniz» yatağının işlənilməsinə başlanmışdır.[2] 1954-1959-cu illərdə "Azərneft"in bazasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi, 1965-1970-ci illərdə isə Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi yaradılmışdır.[12] Qurum[1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.[12]
Neft Daşları
Neft daşları

1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur və Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.[3] Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür.[13] Sonralar Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca "Gürgan-dəniz", "Pirallahı", "Çilov adası" kimi yataqlar mənimsənilmişdir.[1]

21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək[14] və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur.[15] Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.[14]
1960 və 1980-ci illərdə offşor kəşfiyyatı

1966-cı ildə “Kürsəngi” yatağının işlənilməsinə başlanmışdır.[2] 1970–1980-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə «Şelf-2», «Şelf-3», «Şelf-4», «Şelf-5» qazma qurğuları, habelə onların işini təşkil etmək məqsədi ilə «Süleyman Vəzirov», «İsrafil Hüseynov» kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən «Azərbaycan» kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr respublikaya gətirilmişdir.[2]

1965-ci ildə Naftalanda Elmi-Tədqiqat laboratoriyasi yaradılmışdır.[7] Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Yusif Məmmədəliyevin, professor T.H.Paşayevin, S.Ə.Quliyevanın və tibb elmləri doktoru Tofiq Hüseynovun böyük xidmətləri olmuşdur.[7]

1970–1988-ci illərdə Azərbaycan neftçiləri («Xəzərdənizneftqaz» İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdir.[2] 1971-ci ilin martın 28-də Azərbaycanda milyardıncı (1 milyard) ton neft çıxarılmışdır.[2] 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanmışdır.[2]

1980-cı ildə «Günəşli» yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanmışdır.[1][3] 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verilmişdir.[2] 1985-ci ildə «Çıraq» yatağı kəşf edilmişdir.[1][3] 1987-ci ildə «Azəri» yatağı kəşf edilmişdir.[1][3] 1988-ci ildə «8 Mart» yatağının işlənilməsinə başlanmışdır və «Kəpəz» yatağı aşkar edilmişdir.[2]
Erkən 1990-cu illər

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Prezidentinin 3 dekabr 1991-ci il tarixdə imzaladığı Fərmanla "Azərineft" Dövlət Konserni yaradılmışdır.[12] Neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və "Azərnefkimya" İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır.[12]

1993-cü ildə “Azərneftyanacaq” Neft Emalı Zavodunda (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) “Katalitik krekinq" qurğusu istifadəyə verilmişdir.[2]
Əsrin müqaviləsi
Əsrin müqaviləsi sazişinin imzalanması anı

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı.[16] "Əsrin müqaviləsi" adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.[17][16]

Bu müqavilədə Böyük Britaniyanın "BP" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "Unocal" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott International" (2,45 faiz), Rusiyanın "Lukoyl" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığının (1,75 faiz) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) isə 20 faiz payı var idi.[16]

Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin təzahürü idi.[18] Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir:
" 1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir.[3] "

Əsrin müqaviləsi Azərbaycanda sabitliyi təmin etdi və milli birlik hissinin yaranmasına xidmət göstərdi.[19] Bununla belə, Azərbaycan hökuməti yaranan nəhəng pul sərvətinin yönəltməsi, ölkəni neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə saldı.[19]

1997-ci ildə Bakı–Novorossiysk Şimal ixrac boru kəməri, 1999-cu ildə isə Bakı–Supsa Qərb ixrac boru kəməri istifadəyə verilmişdir.[20]

1999-cu il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir.[3] "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür.[3]

1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar.[3] Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar.[3] Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atılmışdır.[3]

1999-cu il 29 dekabrda Azərbaycan Respublikası Dövlət Neft Fondu Prezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir.[21]
XIX əsr
Mövcud vəziyyəti
"Günəşli" neft yatağında yanğın

2006-cı ilin payızında “Şahdəniz” yatağından ilk qaz alınmışdır.[2] Həmin ilin mayın 28-də ilk neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Ceyhan limanına çatmışdır.[22] İyulun 13-də Ceyhan limanında kəmərin rəsmi açılış mərasimi keçirilmişdir.[23] 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum Boru Xətti istifadəyə verilmişdir.[2]

Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.[24]

2012-ci ildə Bloomberg agentliyinin verdiyi məlumata görə, Azəri-Çıraq-Günəşlidən hasil olan resurslar ölkə istehsalının 78 faizini təşkil edirdi.[25] Həmin ilin iyunun 26-da İstanbulda Prezident İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi üzrə sənədlərin imzalanması mərasimi 2012 keçirilmişdir.[26]

2015-ci ilin 4 dekabr tarixində "Günəşli" neft yatağında yanğın nəticəsində 63 nəfər zərər çəkmiş, onlardan 30 nəfər dünyasını dəyişmişdir.[27][28][29][30] Bu hadisə ilə əlaqədar olaraq Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur.[31]
Siyasətdə rolu
Daxili siyasət

Siyasətşünas Oksan Bayulgenin sözlərinə görə, 1990-cı illərdə xarici neft şirkətləri Azərbaycanın sovet dövründən qalma kommunist elitalarına kənar dəstək və legitimlik gətirdilər.[19] Bəzi mütəxəsisslərin fikrinə görə, 1990-cı illərdən sonra neft bumu Azərbaycanda sosial və iqtisadi bərabərsizliyi artırıb.[19] Ölkə büdcəsində xərclər milyardlarla dollar olsa da, xərclərin çoxu təhsilə, səhiyyə və sosial təminata deyil, infrastruktura, hərbi büdcəyə və hökumət xidmətlərinə investisiya olunub.[19] İqtisadçı Thorvaldur Gylfasonun müşahidələrinə görə, "təbii ehtiyatlarla zəngin olan və pul içində üzən Azərbaycan təhsilin uzunmüddətli perpektivdəki dəyərini lazımınca qiymətləndirmir”.[19]

ABŞ yazıçısı Maykl L.Ross "Neft lənəti: Neft sərvəti millətlərin inkişafını necə formalaşdırır”" (ing. The Oil Curse: How Petroleum Wealth Shapes the Development of Nations) kitabında, Azərbaycan hakimiyyətinin əhalini neft gəlirləri barədə məhdud məlumatlandırmağın unikal yolunu “tapmasını iddea edib”.[32] Yazıçının fikrincə, hər il parlamentdə “büdcə” müzakirəyə çıxarılır, əslində isə real gəlirlərin ən azı yarısı büdcədə əks olunmayıb, “ARDNŞ vasitəsilə mənimsənilir”.[32]

Bəzi iqtisadiyyatçıların rəylərinə görə, Azərbaycanda neft sektorundan başqa digər sektorların zəif inkişafı, Holland sindromu yaranması təhlükəsini yaradır.[33] Mütəxəsisslər 2015-ci ildə Mərkəzi Bank Azərbaycan manatının devalvasiyasını bununla əlaqədar olduğunu iddia ediblər.[34]
Xarici siyasət
Nabukko layihəsi

1991-ci ildən Azərbaycanın özəl ixrac boru kəmərinə sahib olması onun Rusiyadan asılılığını zəiflətmiş və onun regional enerji layihələrinə qoşulmasına şərait yaratmışdır. Nəticədə "Nabukko" layihəsi çərçivəsində, ölkə Orta Asiya neftinin və qazının nəqli üçün tranzit ərazisi kimi istifadə oluna bilər.[35][36]

Britaniyalı jurnalist Tomas de Vaal yazır ki, "neft gəlirləri Azərbaycana 2000-ci illərdə dünyanın ən böyük iqtisadi artımını təmin etmək, qısa müstəqillik dövründə yoxsulluğun kökünü kəsmək və qaçqınları evlə təmin etmək imkanı verib".[37]

2015-ci ildə Avropanın bir sıra KİV-ləri Azərbaycan hakimiyyəti işini həm də "kürü diplomatiyası"-nın köməyilə görməyində ittiham edib. KİV-lərin verdiyi məlumatlara görə, Avropa Şurasının deputatları xərcləri ödənilməklə bahalı səfərlərə dəvət olunurlar, bahalı hədiyyələr alırlar.[38][39][40]
Ətraf mühitin çirklənməsi

1929-cu ildə Keşlə kanalı vasitəsilə Böyükşor gölünə neft-mədən suları axıdılmışdır.[41] Bu suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olmuşdur. 1970-ci illərdən başlayaraq gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılmışdır.[41] Təsərrüfat-fekal sular gölə təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə axıdılmışdır ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalmışdır.[42] İsti havalarda neft məhsullarının buxarlanması səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin qoxu yaranmasına səbəb olmuşdur.[42] Böyükşor gölünün kompleks bərpası layihəsi prezidentin sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il tarixli fərmana uyğun olaraq, həyata keçirilir.[43]

4 noyabr 2013-cü ildə Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, Azərbaycanda neft sənayesinin inkişafı nəticəsində 35 min hektar ərazinin neftlə çirklənməyə məruz qalıb.[44] Bunun nəticəsində, Bakıda və Sumqayıtda olan köhnə zavod və müəssisələr ləğv edilməsinə və Qaradağ ərazisində neft-qaz müəssisələrində müasir avadanlıqların qurulmasına səbəb oldu.[44] Həmin ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi Mirsalam Qəmbərov mətbuata müsahibəsində qeyd etmişdir ki, Azərbaycan sahillərində neft çıxarılması və daşınması üzündən Xəzərin çirklənməsi normadan 8-12 dəfə çoxdur.[45]

Müxtəlif səbəblər nəticəsində Xəzərə tökülən neft məhsulları su səthini örtür və oksigenin suya daxil olmasının qarşısını alır.[45][46] Oksigen çatışmazlığına məruz qalan balıqlar tələf olur.[45] Suya daxil olan həll olmayan liflər, hissəciklər onu zibilləyərək fiziki-kimyəvi proseslərin getməsinə mane olur.[45] Ağac hissəcikləri oksidləşən zaman çoxlu miqdarda oksigen istifadə edir ki, bu da balıqlara və digər canlılara mənfi təsir edir.[45] Radioaktiv maddələr balıqlara, sonra isə digər heyvanların orqanizminə daxil olur.[45][47]
Mədəniyyətdə
Azərbaycanda neft sənayesinə həsr olunmuş Azərbaycan manatı, 2010-cu il

Azərbaycanı dünyaya tanıdan “qara qızıl” iqtisadi güc və qüdrət olmaqla yanaşı, zaman-zaman müxtəlif səpkili incəsənət əsərlərinə mövzu olub, hətta bəzi sənət növlərinin təşəkkül tapmasına təkan verib.

1921-ci ildə “Azərbaycan neft sənayesi” jurnalı nəşr olunmağa başlamışdır.[2]

Azərbaycanda neft sənayesi haqqında bir sıra mahnılar bəstələnmişdir. Bunlardan Rəşid Behbudovun repertuarında Tofiq Quliyevin "Neftçi mahnısı", "Qaya" Vokal Kvartetinin "Neft daşları" mahnılarını qeyd etmək olar.[48]

Azərbaycanda neft sənayesinin inkişafı ölkə idmanına da təsir göstərmişdir. 18 mart 1937-ci ildə neftçilər tərəfindən yaranan və Bakı şəhərini təmsil edən, Neftçi PFK Azərbaycanın ən məşhur və ən uğurlu peşəkar futbol klublarından biridir.[49] Neftlə əlaqədar olan digər klublardan Azneftyağ Bakı və Neftqaz Bakını qeyd etmək olar.

Azərbaycanda neft sənayesinin inkişafı ölkə memarlığına təsir etmişdir. Neft sənayesindən gəlirlər Azərbaycan Xalq Cümhuriyyəti zamanı Səadət Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kimi tikintisinə güclü təkan vermişdir. Müasir memarlıq nümunələrindən SOCAR Tower və Alov qüllələrini qeyd etmək olar.[50]

Azərbaycanda neft sənayesinin inkişafı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, AMEA Neft-Kimya Prosesləri İnstitutu, Bakı Ali Neft Məktəbi kimi təhsil ocaqlarının yaranmasında rol oynamışdır.

Ölkədə neftçilərin şərəfinə bir sıra yerlər adlandırılıb. Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən, iki istiqamətli 5 zolaqlı küçə,Neftçilər prospekti adını daşıyır. Bundan əlavə, Bakı metropolitenində Neftçilər metrostansiyası mövcuddur.

Ölkənin neft sənayesi 1994-2001-ci illərdə tədavülə buraxılan manatlarda əks olunmuşdur. Neft sənayesinə və onun inkişafına həm də poçt markaları həsr etmişdir.


Revenir en haut
Publicité






MessagePosté le: Jeu 4 Fév 2016 - 11:16
MessageSujet du message: Publicité

PublicitéSupprimer les publicités ?
Revenir en haut
vahe2009
Modérateur Général
Modérateur Général

Hors ligne

Inscrit le: 07 Nov 2009
Messages: 23 500
Point(s): 67 042
Moyenne de points: 2,85

MessagePosté le: Jeu 4 Fév 2016 - 11:26
MessageSujet du message: Siyasi Tarih Uzmanının İddası Bu Sene İçerisinde Azari Neftinin Varili
Répondre en citant



http://team-aow.discuforum.info/t19955-Mart-1995-h-a-zerbaycan-a-Haydar-Aliyev-e-Hayig-Alexan-T-rkiye.htm?q=


Revenir en haut
vahe2009
Modérateur Général
Modérateur Général

Hors ligne

Inscrit le: 07 Nov 2009
Messages: 23 500
Point(s): 67 042
Moyenne de points: 2,85

MessagePosté le: Lun 8 Fév 2016 - 16:51
MessageSujet du message: Siyasi Tarih Uzmanının İddası Bu Sene İçerisinde Azari Neftinin Varili
Répondre en citant

Another Dynasty Shaken as Oil Crash Tests Azeri Leader's Rule

For Azerbaijan, plunging foreign reserves and two currency devaluations last year provided a stern test for the energy-reliant nation. For its long-time leader, the economic and political challenges are just starting.

President Ilham Aliyev is on unfamiliar ground, facing a crisis that turned the manat into the world’s worst performer last year. He’s now confronted by the worst dissent in more than 10 years as prices surge in the Caspian Sea nation of 9.5 million that his family has ruled for more than four decades. The rumblings in Azerbaijan show the issues facing oil dynasties as currencies from Riyadh to Abu Dhabi come under pressure from crude’s slump to a 12-year low.

“The president has no experience of dealing with a crisis of this kind -- he’s become accustomed to living standards and real wages rising year after year,” said Alex Nice, an Economist Intelligence Unit analyst covering Azerbaijan. “Dependence on oil is similar in scale to Saudi Arabia, but Azerbaijan has smaller sovereign reserves.”



With an economy as reliant on oil as Iraq and Venezuela, the Azeri currency’s first annual loss against the dollar in more than a decade has sheltered government finances while stoking consumer prices and driving up poverty. Inflation may reach 15 percent this year, according to Standard & Poor’s. Costs of imports such as food and drugs have jumped.
Carrot, Stick

The president is using a carrot-and-stick approach to maintain order. In a country where protests are rare and unsanctioned rallies are punishable by heavy fines, riot police have been sent to quell nationwide demonstrations blamed on “religious radicals” and the secular opposition. The unrest is the worst since clashes in 2005 after disputed parliamentary elections.

About a thousand people rallied outside the ruling New Azerbaijan Party’s office in the country’s second largest city of Ganca on Friday, demanding jobs. Police detained several of them, according to video shared on website of Meydan TV, a Berlin-based pro-opposition online television channel.

At the same time, Aliyev signed more than 20 decrees in January alone to raise salaries and pensions. This year’s government spending plan will increase by 2 billion manat ($1.2 billion), Finance Minister Samir Sharifov said Jan. 28. Expenditure will still be down on 2015.

That may not be enough to extend an unprecedented economic expansion. An oil boom helped gross domestic product grow an average 13.5 percent a year in 2003-2012, during which time per capita income soared to $8,000 from $900. GDP will contract 1 percent this year, while the per capita indicator will fall almost half to $4,100, according to S&P, which predicts the budget will remain in deficit through 2018. S&P cut Azerbaijan to junk last month, the nation’s first-ever sovereign downgrade. Moody’s Investors Service followed on Feb. 5.
Oil Era

To counter the economic pain, the Azeri authorities have shuttered one in six banks and met the International Monetary Fund and the World Bank last week over a potential $4 billion loan, according to reports by the Financial Times and the Interfax news service. Aliyev says Azerbaijan doesn’t need financing from the lenders.

“We need to understand that Azerbaijan’s oil era is over,” said Qubad Ibadoglu, a visiting professor of economics from Baku at Duke University who worked for more than 10 years at the Economic Studies Center research group, based in the Azeri capital. “We can’t defend the manat because we couldn’t build a diversified economy in time.”
‘Grim Reality’

The currency’s woes may be only part of the issue, according to Gabriel Sterne, head of global macro research at Oxford Economics Ltd. in London.

“I’m not sure you can blame the protests on the depreciation,” he said. “The root cause is probably the new grim reality of deteriorating finances and poor governance. Depreciation is just a symptom.”

Aliyev, who took over from his late father after a disputed election 13 years ago, described graft as a “malady” in a televised cabinet meeting last month, pledging action to eradicate it. Azerbaijan ranked 119th of 168 nations in Transparency International’s 2015 Corruption Perceptions Index, alongside Russia and Sierra Leone. Property rights and judicial independence were rated 101st of 140 countries in the World Economic Forum’s latest Global Competitiveness Report.
No Untouchables

In October, Aliyev dismissed National Security Minister Eldar Mahmudov before firing top security officials accused by the General Prosecutor’s Office of corruption, abuse of office and meddling in businesses. Mahmudov, who has no lawyer and is unreachable having effectively been placed under house arrest, has never commented on the allegations against him. Aliyev said last month that “no one’s untouchable.”

Economically, Azerbaijan may have the resources to battle on. Besides $4.4 billion of reserves, its sovereign wealth fund contained $33.6 billion on Dec. 1. After the manat’s depreciation, that’s equivalent to about 100 percent of 2015 GDP, according to S&P.

The devaluations have so far been enough to balance out the decline in oil prices, helping shield the oil fund and the budget, according to Krisjanis Krustins, an analyst at Fitch Ratings, which has Azerbaijan at its lowest investment grade.

“The government has the resources to make a determined defense of the currency,” Krustins said.

The bigger challenge may be to maintain the fabric of the political system. Police last Monday stopped a protest by shopkeepers in the nation’s third-biggest city of Sumqayit, with similar demonstrations also held in Baku.

Aliyev faces the “near-impossible task of how to buy off very different groups of discontented citizens,” Thomas de Waal, a senior associate at Carnegie Europe, Belgian-based a research group, said last month.

The president “has never been the dominant monarch his father was, more of the pivot at the center of the elite, the ‘first amongst equals,’ and arbiter of disputes amongst top officials,” according to de Waal. “Cracks are now appearing in this structure.”

http://www.bloomberg.com/news/articles/2016-02-07/another-dynasty-shaken-as-oil-crash-tests-azeri-leader-s-rule


Revenir en haut
vahe2009
Modérateur Général
Modérateur Général

Hors ligne

Inscrit le: 07 Nov 2009
Messages: 23 500
Point(s): 67 042
Moyenne de points: 2,85

MessagePosté le: Lun 8 Fév 2016 - 16:52
MessageSujet du message: Siyasi Tarih Uzmanının İddası Bu Sene İçerisinde Azari Neftinin Varili
Répondre en citant

Aliyev 13 yılın en zorlu sınavını veriyor



Azerbaycan Cumhurbaşkanı İlham Aliyev'in 13 yıllık görevi boyunca ülke ekonomisi ilk kez bu kadar kötü durumda. Para biriminin yüzde 40 üzerinde değer kaybettiği ülkede enflasyon tırmanıyor.

http://www.businessht.com.tr/ekonomi/haber/1192536-aliyev-13-yilin-en-zorlu-sinavini-veriyor


Revenir en haut
Contenu Sponsorisé






MessagePosté le: Aujourd’hui à 01:16
MessageSujet du message: Siyasi Tarih Uzmanının İddası Bu Sene İçerisinde Azari Neftinin Varili

Revenir en haut
Montrer les messages depuis:   
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> Discussions / Débats - Քննարկում - Tartışma/Düşünceler Toutes les heures sont au format GMT + 1 Heure
Poster un nouveau sujet   Répondre au sujet
Page 1 sur 1
Sauter vers:  

 



Portail | Index | Créer un forum | Forum gratuit d’entraide | Annuaire des forums gratuits | Signaler une violation | Conditions générales d'utilisation
phpBB
Template by BMan1
Traduction par : phpBB-fr.com