Welcome Guest: S’enregistrer | Connexion
 
FAQ| Rechercher| Membres| Groupes
 
Asdvaz h(a)zeri Şunlarına SOPASINI Gösterdi :daha 4 vulkan püskürə
 
Poster un nouveau sujet   Répondre au sujet
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> News en bref ... Օրուան կարճ լուրեր ... Güncel kısa haberler
Sujet précédent :: Sujet suivant  
Auteur Message
vahe2009
Modérateur Général
Modérateur Général

Hors ligne

Inscrit le: 07 Nov 2009
Messages: 24 534
Point(s): 69 920
Moyenne de points: 2,85

MessagePosté le: Ven 10 Fév 2017 - 09:47
MessageSujet du message: Asdvaz h(a)zeri Şunlarına SOPASINI Gösterdi :daha 4 vulkan püskürə
Répondre en citant

Asdvaz h(a)zeri Şunlarına SOPASINI Gösterdi :

daha 4 vulkan püskürə bilər











2017-02-10T12:06 xeber – Fevralın 6-da Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Püskürmə saat 13.00 radələrində güclü partlayışla müşahidə olundub. Sputnik Azərbaycan-ın əməkdaşı vulkanın təhlükəsi haqqında Abşeron Palçıq Vulkanları Qoruğunun direktoru Ceyhun Paşayevdən münasibət alıb.

Direktor bildirib ki, əslində mətbuat səhv məlumat verib: “Hər kəs vulkanın Səngəçalda püskürdüyünü deyir. Bu, doğru məlumat deyil. Ərazi baxımından vulkan Şamaxı-Qobustana aiddir. Qaradağ dəmir yol stansiyasından 5 kilometr şimal-qərbdə yerləşən palçıq vulkanıdır. Vulkanın özü kəsilmiş konus şəklindədir. Diametri 300 metrdir. Dünyanın hündür palçıq vulkanlarından hesab olunur”.

O, qeyd edib ki, statistik məlumata görə, indiyə kimi vulkanın 3 püskürməsi qeydə alınıb: “1845-ci il 22 yanvar, 1951-ci il və 10 oktyabr 1961-ci ildə qeydə alınıb. Vulkanın sayca 4-cü püskürməsi 6 fevrala təsadüf edib”.

“Vulkanın indiyə kimi xaric etdiyi tullantı məhsullarının əhatə etdiyi sahə 100 hektardan artıqdır. Orta qalınlığı 120 metrdir. Bu günə kimi xaric etdiyi püskürmə məhsullarının həcmi 1,2 milyard kub metrdir. Vulkan dünyada unikal vulkanlardan sayılır. Onun özəlliyi ondan ibarətdir ki, ayın səthini xatırladır. Hündür palçıq vulkanıdır” — C. Paşayev qeyd edib.

Direktor palçıq vulkanının püskürməsi prosesinə də aydınlıq gətirib: “Uzun illər boyunca palçıq vulkanının “vulkan boğazı” deyilən çatına metan qazı yığılır. İllər boyunca ərazidə lokal titrəmə və ya zəlzələ baş verdikdə, süxurlar arasında sürtünərək qığılcım yaranır, bu da metan qazının partlamasına səbəb olur. Qaz püskürür və yanır. Yaranan təzyiq palçığı ətrafa yayır. Hündürlüyə qalxan alov bir neçə saniyədən bir neçə dəqiqəyə kimi yanır. Daha sonra tez sönür. Sonra alov aşağı düşür, ətraflarda bir neçə mert hündürlüyündə alov qalır, daha sonra onlar da sönür”.
“Vulkan seysmik prosesdir. Bunu öncədən demək qeyri-mümkündür. Amma davamlı vulkanın maddələrindən nümunələr götürüb müşahidələr aparılsa və maddələrin aktivləşməsini müşahidə etmək olarsa, bu zaman vulkanın püskürmə ehtimalını təxmini müəyyən etmək olar. Amma vulkanın konkret püskürmə vaxtı barədə dəqiq proqnoz demək olmaz. Onu da qeyd edim ki, partlamış Otman-Bozdağ palçıq vulkanın yerləşdiyi çatın üzərində daha 3-4 vulkan var. Bu vulkanın partlaması çox böyük ehtimal ki, digər vulkanlara da təsir edəcək, onlarda da aktivləşmə və partlama baş verə bilər” — deyə Ceyhun Paşayev qeyd edib.


Qoruq direktoru onu da bildirib ki, bu vulkanların heç bir təhlükəsi yoxdur: “Çünki onlar yaşayış zonasından çox uzaqdırlar. Ona görə də, heç bir qorxu yoxdur”.

Qeyd: Yer kürəsində təxmini 1400-1500 palçıq vulkanı var. Onlardan 370-ə yaxın palçıq vulkanı Azərbaycandadır. Bu vulkanlardan 43-ü qoruq ərazisindədir. Qoruqda olan vulkanlardan istifadə edilə bilməz. Qoruq nə zamansa milli park statusu alsa, bu vulkanlardan istifadə edilə bilər. Palçıq vulkanları oynaq, revmatizm, dəri xəstəliklərinə kömək edən maddələrlə zəngindir. Çox güman ki, yaxın gələcəkdə təbabətdə bu maddələrdən istifadə olunacaq.



http://www.azadliq.az/xeber/121972/azerbaycanda-daha-4-vulkan-puskure-biler/


Revenir en haut
Publicité






MessagePosté le: Ven 10 Fév 2017 - 09:47
MessageSujet du message: Publicité

PublicitéSupprimer les publicités ?
Revenir en haut
Montrer les messages depuis:   
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> News en bref ... Օրուան կարճ լուրեր ... Güncel kısa haberler Toutes les heures sont au format GMT + 1 Heure
Poster un nouveau sujet   Répondre au sujet
Page 1 sur 1
Sauter vers:  

 



Portail | Index | Créer un forum | Forum gratuit d’entraide | Annuaire des forums gratuits | Signaler une violation | Conditions générales d'utilisation
phpBB
Template by BMan1
Traduction par : phpBB-fr.com