Welcome Guest: S’enregistrer | Connexion
 
FAQ| Rechercher| Membres| Groupes
 
İ Nokta Aliyevin Siyasi Rakiplerine Suikastler Planladığı Ortaya Çıktı
 
Poster un nouveau sujet   Répondre au sujet
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> News en bref ... Օրուան կարճ լուրեր ... Güncel kısa haberler
Sujet précédent :: Sujet suivant  
Auteur Message
vahe2009
Modérateur Général
Modérateur Général

Hors ligne

Inscrit le: 07 Nov 2009
Messages: 24 550
Point(s): 69 954
Moyenne de points: 2,85

MessagePosté le: Sam 8 Avr 2017 - 20:09
MessageSujet du message: İ Nokta Aliyevin Siyasi Rakiplerine Suikastler Planladığı Ortaya Çıktı
Répondre en citant

İ Nokta Aliyev'in Siyasi Rakiplerine Suikastler Planladığı Ortaya Çıktı








İlham Əliyev birinci kimi güllələtdirəcək?


“- Siz korrupsiyaya necə qalib gəldiniz?
- Çox asan. Bir neçə dostumu həbs edib güllələtdirdim, qalanları hər şey başa düşdülər”.

(Li Kuan Yunun müsahibəsindən)

Avtomobilimiz baron Ziya Məmmədov tərəfindən tikilən və təntənəli bir mərasimlə yoxsul xalqa yeni töhfə kimi təqdim olunan Quba avtomagistralı ilə şütüyür. Ən yüksək Avropa standartlarına cavab verən müasir avtoban kimi təqdim olunmuş ikizolaqlı avtomagistral dağılıb gedir. Maşın dayanmadan silkələnir, atılıb-düşür. Bu, yol deyil, başdan-ayağa çala-çuxurdan ibarət asfaltdır. Beton yol çatlayıb (?!). Cəmi 3 il qabaq tikilən körpü isə artıq uçulub-dağılıb.

Quba markizi vikont de Məmmədov

Yanımda oturan sürücü başını narazı halda yelləyir və ürəkdən söyləyir: “Bu avtomagistrala bir neçə yüz milyon pul xərcləyiblər? Nəyə görə?”

Mən isə bakılı sürücünün ürəyimdən xəbər verən bu sualını ucadan təkrarlayıram. Bizə məlum deyil nəyə xərcləyiblər. Lakin bu xəstəliyin diaqnozu özlüyündə aydındır. Söhbət korrupsiyadan gedir.

“Korrupsiyanın baş alıb getdiyi dövrdə bizdə hansı ümidlər yarandı?” - sürücü sakitləşmək bilməyərək öz ən böyük problemi haqda danışmaqda davam edir.

“Korrupsiya dövründə hansı ümidlər yarana bilər ki?” - deyə mən zəmanəmizin ziddiyyətləri arasında başını itirmiş sürücünün sözündəki məntiqsizliyə zarafatla cavab verirəm.

“Necə yəni hansı? Yol polisi rüşvət almağı dayandırmışdı, həkimlər müalicəni pulsuz aparırdı. Prezident göstəriş verən kimi yumurtanın qiyməti dərhal düşdü” - sürücü məni bu sözlərlə inandırmağa çalışır.

Aha, deməli belə. Sürücü korrupsiya dövründən danışanda qarmaqarışıq dövrünü - hakimiyyətin antikorrupsiya kampaniyasını apardığı ayları nəzərdə tuturmuş. O zaman insanlar nəfəsini içinə çəkib artıq deyəsən baş vermiş namümkün hadisəyə - ənənəvi keçmişdən müasirliyin xeyrinə imtina olunmasına inana bilmirdilər.

Bəli, bəli, məhz bu kampaniya ərəfəsində şəxsən Ramiz Mehdiyevin qələmindən bütün cəmiyyəti və hakimiyyəti modernləşməyə, müasirləşməyə çağıran yeni bir məqalə çıxmışdı. Hakimiyyət bu suala cavab verməyə çalışırdı: bəs bu modernləşmək nədir? Və hakimiyyət Maks Veberin köhnəlmiş postulatına qayıtdı: modernləşmə - ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçiddir. Beləliklə, ənənəvi cəmiyyət bizim hakimiyyətin təsəvvüründə çox asanlıqla müəyyən və təyin edilə bilən nəsnədir. Çünki ənənəvi cəmiyyətdə həyat qaydalar əsasında davam edir. Belə cəmiyyətdə uşaqlar da atalarının yaşadığı kimi yaşamağa can atırlar...

Bu düşüncələri bir kənara qoyaq. Biz haçansa asfalt və betonla örtülmüş, indi isə tam yararsız hala düşmüş 34 kilometrlik şose yolu nəhayət ki, qət edib mənzilbaşına çatdıq. Biz xalq qəzəbindən sonra artıq sakitləşib məcrasına düşmüş Qubadayıq...

“İstəyirsənmi Ziya Məmmədovun və başqa bir nazirin evini sənə göstərim?” - sürücü soruşur... İstəyirəm, çox istəyirəm... Və bizim gözümüzün önündə orta əsrlər feodalizmi dövrünün mənzərəsi açılır. Çox çevik və fərasətli adam olan markiz Məmmədov Quba meşələrinə soxularaq onun yarısını ələ keçirib. Orada qotik arxitektura üslubunda lap nağıllarda olduğu kimi əzəmətli saray ucaldıb. Qonşuluqda yerləşən və digər baron-nazirə məxsus olan digər saray da gözəlliyinə və əzəmətinə görə markiz Məmmədovun imarətindən heç də geri qalmır.

Tipik və xroniki modernləşmədir. Bundan yaxşısını haradan tapacaqsan? Neofeodal oğullar ataları olan orta əsrlər feodalları kimi yaşamağa can atırlar... Bizə yalnız bu çoxdan çeynənmiş faktı yada salmaq qalır ki, bu markiz-nazirlərin rəsmi maaşı cəmi bir-iki min əzik-üzük manatdır. Bu sadə məvaciblə isə bütün meşəni satın ala bilməzsən, saraylar ucalda bilməzsən, bütün Qubanı itaət altına ala bilməzsən. Avtomagistral bax elə buna görə yararsız vəziyyətə düşüb. Pullar meşəyə axıdıldı. Özü də birbaşa Veberin sərvətin özünü reallaşdırması qanunu əsasında...

Bizim bütün adamlarımız biznesmendir

Öz nazirlərinə bu qədər qüdrətli olmaq imkanı verən Azərbaycan hakimiyyəti korrupsiya ilə niyə belə həvəssiz mübarizə aparır? Məncə, bu suala ən düzgün cavabı azərbaycanlıların da çox sevdiyi filmdəki Maykl Karleone verib: “Bilirsənmi, Tom, bizim bütün adamlarımız biznesmendir. Onların sədaqəti də məhz buna görədir”.

Yuxarıdan aşağıya şaquli şəkildə uzanan sərt avtoritar idarəçilik şəraitində məmurun mütiliyini və qeyri-insani sədaqətini başqa hansı yolla təmin etmək olar ki?! Axı büdcədən asfalt və beton üçün ayrılmış milyonları oğurlayan məmur tayfası həyat uğrunda yox, bu pulları ələ keçirmək hüququ uğrunda ölümünə savaşacaq. Özü də mənəvi dəyərlər və şəffaf əxlaq barədə düşünmədən...

Hakimiyyət özünün müqəddəs və seçkin oğurlamaq hüququ uğrunda savaşacaq məmurcuqların başçılıq etdiyi bu cür çoxsaylı müdafiəçilərdən təşkil olunub. Bizim korrupsiyalaşmış bürokratiya isə təbiəti və iqtisadiyyatı ifrat dərəcədə qarət etmək kimi öz qəddar ehtirası ilə üç prinsip əsasında hərəkət edir:

1) nə qədər bahalıqdırsa, o qədər yaxşıdır;
2) nə qədər çoxdursa, o qədər yaxşıdır;
3) məsuliyyət nə qədər azdırsa, o qədər yaxşıdır.

Korrupsiya batağlığından çıxa bilməyən Avropa hökumətlərinin mübarizə aparmağa uğursuz çağırış etdikləri sistemli korrupsiyanın, nepotizmin bütün mahiyyəti budur. Bunu Ramil Səfərovla bağlı son hadisə də sübut etdi. “Maliyyə imkanları, pul tapançadır, siyasət isə bu tapançanın tətiyini nə vaxt çəkmək lazım olduğunu anlamaq” - azərbaycanlıların da çox sevdiyi əfsanəvi filmdə don Lukezi gənc Karleoneni belə öyrədirdi.

Axı məhz “maliyyə tapançası” və tətiyi vaxtında çəkməyin sirrini bilmək hakimiyyətin əsaslarını ciddi şəkildə təhdid edən və onun möhkəm əsaslarını və mütləqiyyətini gəmirən Quba iğtişaşları zamanı bütün məmur aparatını səfərbər etmişdi. Əllə idarəetmə rejimində çalışan aparatın vəziyyəti necə effektli şəkildə nəzarət altına aldığını gördünüzmü? Məmurlar qiyama qalxmış təbəənin - “kasıblar sinfinin” qarşısına çıxıb öz hakimiyyət imtiyazlarını açıq sinələri ilə qorudular. Bu zaman hakimiyyət özü isə artıq onların arxasında gizlənmişdi. Məmurlar markizin sarayına fantastik ölçüdə pullar axıdan həmin bu Quba avtomagistralını elə həyəcanla, emosional şəkildə və fədakarlıqla qorudu ki...

Milyardların ahı...


Korrupsiyaya necə qalib gəlmək olar? Ümumiyyətlə, indiki sosial-iqtisadi formasiyada ona qalib gəlmək mümkündürmü? Korrupsiya kapitalizmin tərkib hissəsidirmi? Bəlkə elə buna görə korrupsiyaya qalib gəlmək mümkün deyil, çünki o, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə də at oynadır?!

Aparıcı iqtisadçılar bu suallar üzərində baş sındırır. Hamıya tanış olan Keyns (keynsiançılığın bizdə də xeyli tərəfdarı var, amma onlar klassikin əsərlərini oxuyublarmı? Müşahidələr göstərir ki, yox) də özünün böyük səs-küy yaratmış kitabında bu problemdən yan keçməyib. Keyns yazır ki, kapitalizm murdar bir formasiyadır, amma onu əvəzləmək üçün yeni sistem ixtira edilməyib. Kapitalizm ağılsızdı, gözə gəlimli olmayan ədalətsizdir, xeyirxah deyil və o, heç istənilən nəticəni də vermir.

Klassik belə hesab edirdi. Qısaca desək, kapitalizm heç bizim də xoşumuza gəlmir. Ona nifrət etməyə başlayırıq. Amma acı təcrübələr yaşamış bizlər özümüzə “onu nə ilə əvəz edək” sualını verəndə bizi qeyri-müəyyənlik və cansıxıcı ovqat bürüyür. Halbuki Qərb xalqlarından fərqli olaraq kapitalizmi Skandinaviya sosializmi ilə əvəzləmək barədə düşüncələrə qapılmaq həddinə gələnə qədər bizim qarşımızda hələ uzun bir yol var. Çünki biz Rusiyada “bandit kapitalizmi” adlandırılan ibtidai kapitalizmin qısqacları arasında hələ möhkəm sıxılıb qalmışıq. Sistemli korrupsiyanı da bu ibtidai kapitalizm doğurur. Qərb hələ bir neçə əsr bundan əvvəl liberalizmi qurub, hazırda isə son bir əsr yarımdır liberalizmin üstqurumunu - demokratiyanı yaradır. Qərbdən fərqli olaraq biz hələ əvvəlcə bandit, oğru-quldur kapitalizminin buxovlarından azad olmalı, sonra isə həqiqi liberal cəmiyyəti qurmalıyıq. Demokratiya isə yalnız ona kömək edir ki, korrupsiyanı daha açıq-aşkar və qabarıq göstərə biləsən, insanlar onun haqqında danışmaqdan qorxmasınlar. Demokratiyanın olmadığı yerdə isə korrupsiya tünd rəngli pərdənin, yəni baron və markizlərin uğurla həyata keçirdikləri imitasiyanın arxasında gizlənir.

Bizdə də xüsusi mülkiyyət forması peyda oldu. Paylı iqtisadiyyat yoxdur. Özəlləşdirməni həyata keçirib rəqabətli bazar yaratdılar. Şəxsi iqtisadi təşəbbüslər üçün imkanlar var. Haradasa maliyyə və fond bazarları da var. Amma bütün bunlara baxmayaraq bizim kapitalizm uğurlu liberal sivilizasiya tərəfindən hələ də bandit kapitalizmi sayılır. Çünki bu kapitalizmin son məhsulu, nəticəsi (Qərbdə olduğu kimi) yox, məhz özü, mahiyyəti kölgə kapitalının fasiləsiz axınını təmin edən sistemli korrupsiyadır.
Liberal dəyərlərin mövcudluğunu istisna edəndə (bununla bağlı vəziyyət bizə aydın oldu) bandit kapitalizmi qeyri-bandit kapitalizmindən nə ilə fərqlənir? Keçmişə baxaq. Bizim iqtisadiyyatımızda nələrin baş verdiyini görəndə bu suala cavab tapa biləcəksiniz:
- gəlirli müəssisələrin, həmçinin neft gəlirlərinin, indi isə hətta qazın da bu markizlərin məhdud qrupunun əlinə keçməsi baş verdi;

- sonradan hakimiyyətin vahid korrupsiya sistemində birləşən oliqarxik və plutokratik maliyyə piramidaları quruldu;

- iqtisadiyyatın ən gəlirli sahələri ictimai nəzarətin təsirlərindən azad edildi ki, bu da inhisarçılığın çiçəklənməsi və təntənəsi demək oldu;

- keyfiyyətli təhsil və səhiyyə azlığın - balaca bir qrup əhalinin imtiyazına çevrildi.

Bütün bu əlamətlər deməyə əsas verir ki, bizdə və bizimlə eyni taleyi yaşayan qonşu ölkələrdə liberalizm heç bir halda qurulmayıb. İqtisadi bazisdə məhz liberal başlanğıcların olmaması idarəetmənin avtoritar formasının möhkəmlənməsinə gətirib çıxarır. Bu halda isə cəmiyyət artıq qəbul edilmiş qərarlar qarşısında qalır, hakimiyyətin seçdiyi dairələr isə alternativsiz olur.

Korrupsiya ilə mübarizə aparmağı istədilər və bunu başladılar. Amma bu kampaniya özlərini yeməyə başlayanda dərhal tormoza basdılar. Və qəfildən hansısa beynəlxalq öhdəlikləri yadlarına düşdü, yenə kampaniya başladı...

Beləcə, müxtəlif, hər cür konsepsiya və planların qəbulu kimi sonu bilinməyən bir proses gedir. Bu prosesin quyruğunda sürünən cəmiyyət isə itirilmiş şanslar və itirilmiş milyardlar barədə qəmli düşüncələrə qapılaraq əlini dizinə çırpıb ah çəkir...

Li Kuan Yunun 7 resepti

Bir çox xalqlar ilk baxışda müalicə olunmayan sosial xəstəlik təsiri bağışlayan korrupsiya üzərində fenomenal “Sinqapur sıçrayışı” nümunəsində qələbə qazanıblar. Əgər ortada belə təcrübə varsa, onda korrupsiya ilə mübarizədə hansısa təzə velosipedlər, təyyarə və raketlər icad etməyə ehtiyac yoxdur.

Elə bütün postsovet rəhbərlər qədər avtoritar idarəçi olan böyük islahatçı Li Kuan Yu haçansa Keynsin dilindən çıxmış bir həqiqəti - liberal bazis həqiqətini dərk etdi. Bu haqda düşündü və korrupsiya ilə mübarizədə 7 resept ortaya qoydu. Sonra da o reseptlərin tətbiqinə keçdi.

Sinqapur məhz bu 7 resept sayəsində 2009-cu ildən etibarən dünyanın korrupsiyanın olmadığı üç ən şəffaf ölkəsindən biri siyahısına daxil oldu. Sinqapur bu sahədə yalnız Qoca Danimarka Kralliğına və Yeni Zelandiyadan geri qalır. Li Kuan Yu bizim məmurların indi haqqında çox danışmağı sevdiyi 7 sadə addım atmışdı.

Birinci addım. Sinqapurda təmiz və effektiv hökumət formalaşdırıldı. Bu hökumətin əsas vəzifəsi ictimai qaydaları, vətəndaşların şəxsi təhlükəsizliyini və sosial-iqtisadi tərəqqini təmin etmək üçün var gücünü ortaya qoymaq idi. Hakimiyyət təsisatlarının şəffaflığı və informasiya açıqlığı, informasiya əlçatanlığı təmin edildi.

İkinci addım. Sinqapurda hüququn aliliyi, hamının qanun qarşısında eyni dərəcədə bərabər olması prinsipinə ciddi əməl edilməsi təmin olundu. Bütün və hər cür imtiyazlar ləğv edildi.

Üçüncü addım. Sinqapurda biznes üçün maksimum şərait yaradıldı.

Dördüncü addım. Li Kuan Yu ilk üç addımı ilə uzunmüddətli siyasi, iqtisadi və maliyyə sabitliyi yaratmağa nail oldu. Dövlət və ictimai həyatın bütün sahələrində rəqabətlilik prinsipinin təmin edilməsi də uğurun əsas səbəblərindən idi.

Beşinci addım. Sinqapurda vətəndaşın şəxsi mülkiyyətinin toxunulmazlığı və onun müstəqil və geniş səlahiyyətli məhkəmələr tərəfindən möhkəm müdafiə olunması təmin edildi.

Altıncı addım. Bu ilk beş addım sayəsində Sinqapurda korrupsiyanın nəzarət altına almaq mümkün oldu. Bundan sonra isə hakimiyyətin və biznesin ardıcıl şəkildə bölünməsi prosesi həyata keçirildi.

Yeddinci addım. Təmiz və effektiv hökumət korrupsiya ilə mübarizə strategiyası işləyib hazırladı. Bu proqram sənəd dövlətin, hakimiyyətin ən yuxarı eşelonunda oturan iri rüşvətxorlara daha çox diqqət yetirməsini nəzərdə tuturdu. Sistemdən kənar xırda korrupsiya isə qərarların qəbulu prosedurunun sadələşdirilməsi və qanunlardakı hər cür boşluqları aradan qaldırmaq yolu ilə ləğv edildi.

Yalnız bu, hörmətli Azərbaycan hökuməti! Gəlişigözəl sözlərə, efemer, qəşəng, gurultulu planlar, konsepsiyalar, sxemlər işləyib hazırlamağa qətiyyən ehtiyac yoxdur. Sistemli korrupsiyanı kökündən qazıb atmaq və iqtisadiyyatı sağlamlaşdırmaq üçün Li Kuan Yunun həmin 7 addımını təkrarlamaq kifayətdir.

Amma böyük bir “Əmma”...

Burada korrupsiyaya yol açan fundamental səbəbi də unutmaq olmaz. O da hakimiyyət məsələsində rotasiyanın olmamasıdır. Bu zaman nazirlər, sədrlər, markiz və baronlar dövlət adamlarının kabinetlərini uzun onilliklər boyunca işğal edir. Harada ki məmurlar cəzalandırılmır və əvəz edilmir, orada “yaxın əhatə” öz rəisinin himayəsi altında ürəyi istəyən hər şeyi etmək imkanı qazanır. Harada ki biznes dövlətləşib və məmurlar “şəxsiləşdirilərək özəlləşdirilib”, orada korrupsiya sadəcə qaçılmaz və labüddür.

Belə bir şəraitdə korrupsiyaya qarşı önləyici tədbirlər görən funksional sistem yaratmaq, məmur sinfinin gəlirləri və xərcləri üzərində dövlət və ictimai nəzarət mexanizmi yaratmaq, korrupsiya ilə mübarizə aparmaq mümkün deyil.

Sinqapurdakı antikorrupsiya mübarizəsi Li Kuan Yuya həbs etdirdiyi və güllələtdirdiyi 14-15 yaxın dostu bahasına başa gəldi. Bizim prezident də belə bir addım atmağa qərar verəcəkmi? Məsələ də elə bundadır...

Eynulla Fətullayev
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

http://qafqazinfo.az/news/detail/ilham-eliyev-birinci-kimi-gulleletdirecek-24507


Revenir en haut
Publicité






MessagePosté le: Sam 8 Avr 2017 - 20:09
MessageSujet du message: Publicité

PublicitéSupprimer les publicités ?
Revenir en haut
Montrer les messages depuis:   
Armenian on web Index du Forum -> News et articles - Լուրեր, Յօդուածներ - Haber ve makaleler -> News en bref ... Օրուան կարճ լուրեր ... Güncel kısa haberler Toutes les heures sont au format GMT + 1 Heure
Poster un nouveau sujet   Répondre au sujet
Page 1 sur 1
Sauter vers:  

 



Portail | Index | Créer un forum | Forum gratuit d’entraide | Annuaire des forums gratuits | Signaler une violation | Conditions générales d'utilisation
phpBB
Template by BMan1
Traduction par : phpBB-fr.com